24 fevral 2012 00:27

2012-ci ilə uğurlu start arzusu ilə

Məlum olduğu kimi, futbol üzrə Azərbaycanın əsas yığma komandası fevralın 22-dən etibarən Birləşmiş Ərəb Əmirliklərin Dubay şəhərində təlim-məşq toplanışındadı. Azerisport.az xəbər verir ki, komandamız hazırlıq prosesi çərçivəsində bu gün - fevralın 24-də ilk yoxlama matçına çıxacaq.
 
Berti Foqtsun rəhbərlik etdiyi yığmamızın birinci rəqibi isə Sinqapur seçməsidi. Qeyd edək ki, Sinqapur yığması FİFA-nın son açıqlanan reytinq cədvəlində 147-ci yeri tutur. Asiya təmsilçisinin ən yaxşı göstəricisi 1993-cü ildə olub – 73-cü yer.
 
Komanda ev oyunlarını “Jalan Besar” stadionunda keçirir. Millimizin rəqibinə serb mütəxəssis Radoyko Avramoviç başçılıq edir. Sabiq qapıçı karyerası ərzində “Borac”, “Rijeka”, “Notts County”, “Coventry City” və OFK klublarının şərəfini qoruyub. Yuqoslaviya yığmasında 1 oyun keçirmiş Avramoviç məşqçi karyerası ərzində Oman və Küveyt millilərini çalışdırıb.
 
Yığmanın kapitanı Şahril İşakdı. İşak karyerası ərzində yığmada 89 oyun keçirib və 5 qol vurub. 28 yaşlı yarımmüdafiəçi hazırda klubsuzdu.
 
DÇ-2014-ün seçmə mərhələsinə start verən Sinqapur birinci təsnifat mərhələsində Malaziyanı mübarizədən kənarlaşdırıb – 5:3, 1:1. Bundan sonra A qrupuna düşən rəqibimiz Çin, İordaniya və İraqla mübarizə aparacaq.
 
Yığmanın bütün üzvləri yerli çempionatda top qovur. Millinin hazırkı heyətindən ən çox oyun keçirən futbolçu Daniel Bennetdi. 34 yaşlı müdafiəçi yığmada 103 oyun keçirib və 7 qol vurub. Hazırda “Singapore Armed Forces” klubunda çıxış edən futbolçu əvvəllər İngiltərənin “Vreham” komandasında top qovub. Yığmanın ən çox qol vuran oyunçusu isə Aleksandr Duriçdi. O, 45 oyunda 23 qola imza atıb. “Tampines Rovers”də çıxış edən hücumçunun 41 yaşı olsa da, yığma və klub karyerasını davam etdirir.
 
Komandaya əvəllər ingiltərəli mütəxəssislər Ken Uorden, Duqlas Mure, Barri Uitbrid, Trevor Hartli, çex Miloş Kvaçek və danimarkalı Yan Poulsen başçılıq edib. Sinqapur yığmasının ilk dəfə yığmamıza rəqib olacağını da vurğulayaq.
 
Azərbaycan yığmasına gəlincə, komandamız 2012-ci ildə ilk dəfədi bir araya gəlib. Sinqapurla qarşılaşma yeni ildə də ilk oyunumuz kimi tarixə düşəcək. Bu üzdən də millimiz özündən xeyli zəif rəqibi üzərində qələbə qazanmaqla ilə uğurlu start verməyə çalışmalıdı. Komandamız fevralın 27-də Hindistan, fevralın 29-da Fələstin yığmalarıyla da yoldaşlıq oyunu keçirəcək. Odu ki, həmin görüşlər ərəfəsində də uğurlu start sonrakı qələbələr üçün açar rolunu oynaya bilər.
 
Bütövlükdə isə, yığmamız bu gün tarixi ərzində 182-ci matçına çıxacaq. İndiyəqədərki oyunların 30-da qələbə qazanmışıqsa, 44-də də heç-heçə ilə təsəlli tapmışıq.107 qarşılaşmada isə məğlubiyyətlə üzləşmişik. Topların fərqi də millimizin xeyrinə deyil: 122 qol vurduğumuz halda, öz qapımızdan 328 top çıxarmışıq.
 
Onu da qeyd edək ki, baş məşqçi Berti Foqts yığmamızın düşərgəsinə 26 futbolçu dəvət edib. Milliyə dəvət alan oyunçular arasında 3 qapıçı, 8 müdafiəçi, 9 yarımmüdafiəçi və 6 hücumçu yer alıb. Bu futbolçulardan əksəri ilk dəfədi yığmamıza dəvət olunub. Məsələn, Cihan Özkara, Rizvan Umarov, Murad Ağayev və daha bir neçə futbolçu ilk dəfə əsas millimizin sıralarına cəlb olunub. Foqts yığmanın üçüncü qapıçısı Aqil Məmmədova dəvət göndərməyib. Əvəzində “Turan”dan Anar Nəzirov milliyə çağırılıb.
 
“Qəbələ”nin oyunçuları – Vurğun Hüseynov, Arif İsayev, Murad Hüseynov, AZAL-dan Elşən Məmmədov, “Neftçi”dən Ruslan Əmircanov, “Qarabağ”dan Maksim Medvedev, Namiq Yusifov, “Bakı”dan Cəmşid Məhərrəmov və Fabio Luis Ramin toplanışa dəvət almayıb.
 
Yunanıstanın “Panionios” klubunda çıxış edən Araz Abdullayevlə Türkiyənin “Erciyəsspor” klubunda top qovan Amit Quluzadə U-21-ə çağırıldığından əsas millidən kənarda qalıb.
Yığmamıza çağırılan futbolçuların tam siyahısı aşağıdakı kimidi:
 
Qapıçılar: Kamran Ağayev (Xəzər Lənkəran), Andrey Popoviç (Sumqayıt), Anar Nəzirov (Turan);
 
Müdafiəçilər: Bədavi Hüseynov, Hacı Əhmədov (hər ikisi “Sumqayıt”), Rail Məlikov, Ruslan Abışov (hər ikisi “Neftçi”), Elnur Allahverdiyev (Xəzər Lənkəran), Ufuk Budak (Freiburg, Almaniya), Rəşad Sadıqov (Qarabağ), Vladimir Levin (İnter);
 
Yarımmüdafiəçilər: Aleksandr Çertoqanov, Mahir Şükürov (hər ikisi “Qəbələ”), Rəşad Sadiqov, Əfran İsmayılov (hər ikisi “Qarabağ”), Nizami Hacıyev, Arif Daşdəmirov (hər ikisi “İnter”), Rahid Əmirquliyev (Xəzər Lənkəran), Aqil Nəbiyev (AZAL), Murad Ağayev (UGİM 80, Rusiya);
 
Hücumçular: Vüqar Nadirov, Rauf Əliyev (hər ikisi “Qarabağ”), Rizvan Umarov (Deportivo Castelyon, İspaniya), Branimir Subaşiç (Xəzər Lənkəran), Vüqar Əsgərov (Metallurg, Liepaya, Latviya), Cihan Özkara (Sivasspor, Türkiyə).

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.