24 fevral 2012 00:32
Araz Panioniosdan ayrıldı
Futbol üzrə Azərbaycanın gənclərdən ibarət yığmasının yarımmüdafiəçisi Araz Abdullayev Yunanıstanın “Panionios” klubunun düşərgəsini tərk edib. Azerisport.az xəbər verir ki, buna futbolçumuzun yığma komandamızın düşərgəsinə dəvət alması səbəb olub.
Qeyd edək ki, U-21 yığmamız fevralın 29-da AÇ-2013-ün seçmə mərhələsi çərçivəsində İslandiya ilə qarşılaşacaq. Həmin görüşdə iştirak etməyə namizədlər arasında Abdullayev də var.
Arazın Yunanıstan klubunun düşərgəsinə martın 1-də qayıtması nəzərdə tutulub.
