24 fevral 2012 12:42
Millimizin rəqibinin heyəti açıqlandı
DÇ-2014-ün seçmə mərhələsində millimizlə eyni qrupda mübarizə aparacaq İsrail yığmasının fevralın 29-da, Təl-Əviv şəhərində Ukrayna komandası ilə keçirəcəyi yoldaşlıq oyunu üçün heyəti açıqlanıb. Azerisport.az xəbər verir ki, yığmanın baş məşqçisi komandaya 22 futbolçu cəlb edib.
Onların tam siyahısı aşağıdakı kimidi:
Qapıçılar: Dudu Avat (“Malyorka”, İspaniya), Daniel Amos (“Hapoel” Kiryat Şimona).
Müdafiəçilər: Tal Ben Haim (“Portsmut”, İngiltərə), Dekel Keynan (“Kardiff Siti”, Uels), Rami Gerşon (“Standard”, Belçika), Yuval Şyungin, Dedi Ben Dayan (hər ikisi “Omoniya”, Kipr), Eytan Tibi, Elad Qabay, Şir Tzedek (hamısı “Hapoel” Kiryat Şimona).
Yarımmüdafiəçilər: Bibras Natxo (“Rubin”, Rusiya), Almoq Kohen (“Nürnberq”, Almaniya), Yussi Benayun (“Arsenal”, İngiltərə), Eran Zahavi (“Palermo”, İtaliya), Maor Melikson (“Visla”, Polşa), Lior Rafaelov (“Brügge”, Belçika), Tal Ben Haim II (“Makkabi”, Petah-Tikva), Adrian Roşet (“Hapoel” Kiryat Şimona).
Hücumçular: Elyaniv Barda (“Genk”, Belçika), Tomer Hamad (“Malyorka”, İspaniya), Ben Sahar (“Oser”, Fransa), Omer Damari (“Hapoel”, Təl-Əviv).
