25 fevral 2012 01:01
BƏƏ Azərbaycana qələbənin yolunu göstərdi
Futbol üzrə Fələstin yığması yoxlama oyunu keçirib. Azerisport.az xəbər verir ki, Azərbaycan millisi kimi Dubayda təlim-məşq toplanışında olan fələstinlilər yerli Birləşmiş Ərəb Əmirliklərinin yığmasıyla qarşılaşıblar.
Meydan sahibləri qonaqları darmadağına məruz qoyublar. Belə ki, BƏƏ millisi Fələstini 3:0 hesabıyla məğlub edib.
Qeyd edək ki, Fələstin yığması fevralın 29-da Azərbaycan millisiylə də üz-üzə gələcək. Yığmamız isə ötən gün Sinqapurla görüşdə qələbəni əldən verdi – 2:2.
