25 fevral 2012 15:45

Bütün namizədlər müəyyənləşdi

Əvvəlcədən məlumat verildiyi kimi, bu il martın 9-da, saat 10:00-da AFFA-nın inzibati binasında Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının növbəti hesabat-seçki Konfransı keçiriləcək. Azerisport.az xəbər verir ki, konfransda əvvəlcə AFFA rəhbərliyinin hesabatı dinləniləcək, sonra isə AFFA prezidenti və İcraiyyə Komitəsinin üzvləri seçiləcək.
 
Nizamnaməyə uyğun olaraq, artıq assosiasiya prezidentliyinə və İcraiyyə Komitəsinin üzvlüyünə namizədlərin irəli sürülməsi vaxtı başa çatıb. Bununla bağlı AFFA-nın baş katibi Elxan Məmmədov fikirlərini affa.az saytına bildirib. Qeyd olunub ki, AFFA-nın Nizamnaməsinin 35-ci maddəsinə əsasən, prezident, vitse-prezidentlər və İcraiyyə Komitəsi üzvlərinin mandat müddəti 4 ildir. AFFA prezidentinin və İcraiyyə Komitəsi üzvlərinin mandat müddəti bu il başa çatır. Qeyd etmək istərdim ki, AFFA prezidentinin seçilməsi AFFA-nın Nizamnaməsinin 41-ci maddəsinin, İcraiyyə Komitəsinin üzvlərinin seçilməsi isə AFFA-nın Nizamnaməsinin 34-cü maddəsinin tələblərinə uyğun olaraq həyata keçirilir. Prezidentliyə namizəd ən azı AFFA-nın bir üzvü, İcraiyyə Komitəsinə hər bir namizəd isə yalnız bir AFFA üzvü və dolayı üzvü tərəfindən Konfransın keçirilmə tarixindən ən azı 15 gün əvvəl təklif olunmalıdır. Prezident öz namizədliyini irəli sürmək hüququna malikdir. Namizədlərin siyahısı artıq AFFA-nın baş katibliyinə göndərilib. Bu siyahını diqqətinizə çatdırırıq:
 
AFFA prezidentliyinə namizəd
1. Rövnəq Abdullayev – namizədliyini özü irəli sürüb
 
İcraiyyə Komitəsinin üzvlüyünə namizədlər
1. Rauf Əliyev – «Neftçi» PFK tərəfindən
2. Hafiz Məmmədov – «Bakı» FK tərəfindən
3. Ələkbər Məmmədov – «İnter» PİK tərəfindən
4. Kazbek Tuayev – AZAL FK tərəfindən
5. Cahangir Hacıyev – Bakı Futbol Federasiyası tərəfindən
6. Elmar Qasımov – Futbol Veteranları İttifaqı tərəfindən
7. Mahir Məmmədov – Çimərlik Futbol Federasiyas tərəfindən
8. Mirkamil Rəhimov – Uşaq və Gənclər Futbol Federasiyası tərəfindən
9. Elşad Nəsirov – Futbolsevərlər Birliyi tərəfindən
10. İsgəndər Cavadov – Şimal Regional Futbol Federasiyası tərəfindən

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.