25 fevral 2012 16:16
Yığmamızın rəqibinə beş qol vurdular
Milli komandamızın rəqibi Hindistan yoldaşlıq oyunu keçirib. Azerisport.az xəbər verir ki, fevralın 27-də millimizlə qarşılaşacaq komanda Omanla üz-üzə gəlib.
Oman millisi rəqibimizi darmadağın edib. Oyun Hindistanın 1:5 hesablı məğlubiyyəti ilə nəticələnib.
Qeyd edək ki, millimiz Hindistanla fevralın 27-də Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində qarşılaşacaq. Bundan iki gün sonra isə rəqibimiz Fələstin olacaq. Fələstin yığması da dünən Birləşmiş Ərəb Əmirliklərinə 0:3 hesabı ilə uduzub.
