25 fevral 2012 16:44
Neftçi Turanla oyuna baş məşqçisiz hazırlaşır
Futbol üzrə Azərbaycan Premyer Liqasının lideri "Neftçi" "Turan"la oyunun hazırlığına start verib. Azerisport.az xəbər verir ki, futbolçular bu gün klubun bazasında bir araya gəliblər.
2 saat davam etmiş məşqdə milli komandalara dəvət almış futbolçular yer almayıb. "Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyev stasionar müalicə aldığından hazırlıqda iştirak etməyib. O, bununla bağlı fikirlərini də klubun rəsmi saytına bildirib: "Həkim nəzarəti altında müalicəmi davam etdirirəm. Bu səbəbdən də hələlik məşqlərdə iştirak edə bilmirəm. Köməkçilərimi təlimatlandırmışam və hazırlıqları onlar aparır".
Xatırladaq ki, komanda növbəti turda səfərdə "Turan" klubunun qonağı olacaq.
