25 fevral 2012 11:37
Berti Foqts: Bunu görmək mənə qətiyyən xoş deyildi
Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts ötən gün baş tutan Sinqapurla yoxlama matçından (2:2) sonra azerisport.az saytının suallarını cavablandırıb.
- Nə etmək lazımdı ki, Azərbaycan yığması 90+3-cü dəqiqədə qol buraxmasın?
- Bu, yaxşı sualdı. Onu deməliyəm ki, biz bu gün çox kobud, lazımsız səhvlər buraxdıq. Biz onu da gördük ki, səviyyəsindən asılı olmayaraq, heç bir rəqib belə səhvləri bağışlamır. Rəqib oyunçunun bizim cərimə meydançasında topu asanlıqla qəbul etməsini görmək mənim üçün qətiyyən xoş deyildi.

- Siscə, penalti doğru qərar idi?
- Fikrimcə, bəli. Çünki buna qədər biz meydanın mərkəzində səhv etmişdik. Odu ki, hakim həmin epizodda tam haqlı idi.
- Fikrimcə, bəli. Çünki buna qədər biz meydanın mərkəzində səhv etmişdik. Odu ki, hakim həmin epizodda tam haqlı idi.
- Bu səhvləri necə aradan qaldırmağı düşünürsüz?
- Belə səhvlər adətən oyun təcrübəsinin azlığından irəli gəlir və daha çox təlim-məşq toplanışlarına təsadüf edir. Bizə mümkün qədər tez bir zamanda toparlanmaq lazımdı.
- Belə səhvlər adətən oyun təcrübəsinin azlığından irəli gəlir və daha çox təlim-məşq toplanışlarına təsadüf edir. Bizə mümkün qədər tez bir zamanda toparlanmaq lazımdı.
- Hesab etmirsiz ki, əsas amil gənc oyunçuların çoxluğu idi...
- Xeyr, mən belə düşünmürəm. Bəli, bizim heyətdə xeyli yeni futbolçu var idi. Amma bu, bəraət hesab oluna bilməz. İki top fərqi ilə öndə olduğun qarşılaşmanı qalib başa vurmalısan. Meydana çıxan futbolçuların çıxışını necə dəyərləndirməyimə gəlincə, mən bunu adətən publika üçün etmirəm. Yenə də öz ənənəmə sadiq qalıram. Eyni zamanda əlavə etmək istərdim ki, yeni futbolçular prinsipcə, xoşuma gəldilər. Amma bəzi təcrübəli oyunçular səhvlərə yol verdilər. Hansı ki, bunlar olmamalıydı.
- Adlarını deyə bilərsiz?
- Xeyr.
- Yenilərdən də heç kimi vurğulamaq istəməzdiz
- Bəli.
- Bəli.
- Onda özümüz soruşaq: Vüqar Əsgərov necə təsir bağışladı?
- Ona vaxt lazımdı. Əgər səhv etmirəmsə, o, öz klubunun heyətində Latviya çempionatında 2 aya yaxındı oyun keçirmir.
- Ona vaxt lazımdı. Əgər səhv etmirəmsə, o, öz klubunun heyətində Latviya çempionatında 2 aya yaxındı oyun keçirmir.
- Siz hələ də düşünürsüz ki, Sinqapur yığması ilə İsrailin oyun üslubları oxşardı?
- Hardasa, bəli. Stil demək olar ki, eynidi. Sadəcə, İsrail yığmasının ustalıq səviyyəsi daha yüksəkdi.
- Hardasa, bəli. Stil demək olar ki, eynidi. Sadəcə, İsrail yığmasının ustalıq səviyyəsi daha yüksəkdi.