25 fevral 2012 12:18
Arşavin Arsenalı Rusiya klubuna dəyişdi
Futbol üzrə Rusiya yığmasının kapitanı Andrey Arşavin İngiltərə “Arsenal”ından ayrılıb. Azerisport.az xəbər verir ki, futbolçu yenidən Rusiyanın “Zenit” klubuna qayıdıb.
Bu barədə 30 yaşlı hücumçu öz saytında yazıb. O, Sankt-Peterburq komandasında icarə əsasında və 29 nömrəli formada çıxış edəcəyini açıqlayıb. Arşavin ətraflı açıqlamanı fevralın 25-də verəcəyini bildirib.
Qeyd edək ki, Andrey Arşavin 2009-cu ilin fevralında “Zenit”dən “Arsenal”a keçib. London klubunda 98 oyunda 23 qol vuran futbolçunun anlaşması 2012-2013-cü il mövsümünün sonunada başa çatmalıdı. Son dövrlər “Arsenal”dakı yerini itirən Arşavinin Türkiyənin “Galatasaray” və Rusiyanın “Anji” klublarından təklif aldığı deyilirdi.
