25 fevral 2012 00:27
Mübariz Mənsimov: Beşiktaşın prezidenti olmağa vaxtım yoxdu
Məlum olduğu kimi, Türkiyənin “Beşiktaş” klubunun prezidenti Yıldırım Dəmirörən TFF prezidentliyinə namizədliyini irəli sürdüyündən klubdan istefa verib. Azerisport.az xəbər verir ki, qardaş ölkə mətbuatı Mübariz Mənsimovun qarşıdakı seçkidə namizəd olacağını iddia edirdi.
Lakin azərbaycanlı iş adamı xəbərləri təkzib edib. O, “Palhaber”ə açıqlamasında bunları deyib:
“Beşiktaş”a xidmət etmək istərdim. Amma işlərim çoxdu. “Beşiktaş”ın azarkeşi və izləyicisiyəm. Amma prezident olmağı düşünmürəm. Səbəb işlərimin çoxluğudu. Təəssüf hissi ilə bildirməliyəm ki, “Beşiktaş”a həsr olunacaq vaxtım yoxdu. Ancaq kluba əlimdən gəldiyi qədər dəstək verməyə çalışacağam”.
