25 fevral 2012 00:33
Qəbələ Rəvanla matç öncəsi baş məşqçisiz qaldı
“Xəzər Lənkəran”la qarşılaşmadan sonra 3 günlük istirahətə buraxılan “Qəbələ” Premyer Liqanın 22-ci turu çərçivəsində keçiriləcək “Rəvan”la matçın hazırlıqlarına bu gündən start verəcək. Azerisport.az xəbər verir ki, komanda hazırlıqların ilk gününə yardımçı məşqçi İbrahim Bakırın başçılığı altında çıxacaq.
Buna səbəb baş məşqçi Fatih Kavlakın hazırda ailə məsələləri ilə bağlı Türkiyədə olmasıdı. O, komandaya 1 gün sonra - fevralın 26-da qatılacaq. Məşq prosesində müalicəsi davam edən Vurğun Hüseynov və milli komandanın düşərgəsində olan Mahir Şükürovla Aleksandr Çertoqanov iştirak etməyəcək.
