25 fevral 2012 13:07
Rəşad Sadıqovun sabiq baş məşqçisi azadlığa buraxıldı
Türkiyədə oyun alqı-satqısı ilə bağlı məhkəmə prosesi davam edir. Azerisport.az xəbər verir ki, ötən gün məhkəmə 7 nəfərin azadlığa buraxılması ilə bağlı qərar qəbul edib.
İstanbul məhkəməsi “Fenerbahçe”nin vitse-prezidenti Şekip Mosturoğlu, “Sivasspor”un prezidenti Mecnun Otyakmaz, “Eskişehirspor”un sabiq baş məşqçisi Bülent Uyğun, həmçinin Cemil Turan, Coşkun Çalık, Ömer Ülkü və Mehmet Yeniceni şəhəri tərk etməmək tələbi ilə sərbəst buraxıb. Onların məhkəmə prosesi azadlıqda olduqları halda davam edəcək.
Bundan başqa məhkəmə “Beşiktaş” prezidentliyindən istefa verib TFF prezidentliyinə namizədliyini açıqlayan Yıldırım Dəmirörənin şahid kimi dindirilməsinə qərar verib.
Qeyd edək ki, məhkəmədə müdafiə tərəfinin çıxışları başa çatıb. Növbəti proseslər martın 26-30-u aralığında baş tutacaq.
