26 fevral 2012 01:27
Superliqanı tərk edəcək ilk komanda müəyyənləşdi
Türkiyə Super Liqasını tərk edən ilk klub müəyyənləşib. Azerisport.az xəbər verir ki, bu “Ankaragücü” klubu olub.
Ciddi maliyyə problemi ilə üzləşən və qış fasiləsindən sonra əvəzedici heyətin üzvlərinə güvənməli olan komanda uğursuz çıxışını 28-ci turda da davam etdirib. Ötən gün “Karabükspor”un qonağı olan Ankara təmsilçisi meydandan 2:3 hesablı məğlubiyyətlə ayrılıb.
Bu nəticə “Ankaragücü”nın Super Liqanı tərk etməsini rəsmiləşdirib. 28 turdan sonra hesabında 11 xal olan komanda əsas rəqiblərindən 18 xal geri qalır ki, qarşıdakı turlarda da bu fərqi aradan qaldırmaq mümkün deyil.
