26 fevral 2012 19:28
Yığmamızın forvardı oynadı, komandası sülhə razılaşdı (YENİLƏNİB)
Futbol üzrə Azərbaycanın gənclərdən ibarət yığmasının hücumçusu Cihan Özkara bu gün Türkiyə Super Liqasında növbəti matçına çıxıb. Azerisport.az xəbər verir ki, o, qardaş ölkə çempionatının 28-ci turu çərçivəsində “Gençlerbirliği” ilə görüşün iştirakçısı olub.
Qarşılaşma səfərdə - “Ankara 19 Mayıs” stadionunda keçirilib. Baş məşqçi Rza Çalımbay bu oyunda Cihana ilk dəqiqələrdən şans verib. Özkara 77-ci dəqiqədə əvəzlənib. Qeyd edək ki, sivaslılar onu yığmamızın Dubay toplanışına buraxmaqdan imtina etmişdilər.
Oyun gəlincə, komandası çətin səfər matçından 1 xalla ayrılıb. Cihan, komandasının 3 qol vurduğu görüşdə fərqlənə bilməyib.
Qeyd edək ki, “Sivasspor” 28 oyundan sonra 43 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb. “Gençlerbirliği” isə 44 xalla beşincidi.
Türkiyə Super Liqası
28-ci tur
26 fevral
Gençlerbirliği - Sivasspor - 3:3
