26 fevral 2012 01:54
Qarabağ da Xocalı faciəsini yad etdi
Qan tariximiz heç vaxt unudulmur. 20 il öncə Qarabağda, Xocalı şəhərində törədilmiş soyqırım faciəsi xalqımızın qan yaddaşına əbədi həkk olunub.
Faciənin 20-ci il dönümündə “Qarabağ”ın vitse-prezidenti Tahir Gözel klubu ziyarət edib. Azerisport.az xəbər verir ki, daim önəmli günlərdə komandanı tək qoymayan başqan bu dəfə komandayla birgə faciəni yad edib.
Öncə faciədə ölənlərin ruhu 1 dəqiqəlik sükutla yad edilib. Ardınca Tahir bəy 20 il öncə baş verən faciə haqqında danışıb. Məsələyə hər zaman olduğu kimi fərqli yöndən yanaşan başqan bu faciənin bir millətin, xalqın deyil, bütün bəşəriyyətinin üzüntüsü olduğunu qeyd edib. Tahir bəy yaradılış qayəmizdən danışaraq qeyd edib ki, yer üzərinin bütün insanları eyni yaradılıb, sonra isə insanlar qəlblərindəki tamaha yenilərək Xocalı kimi faciələri törədirlər. 100-lərlə günahsız insanın qətl edilməsinin arxasında heç bir torpaq, milli inanc dayana bilməyəcəyini qeyd edib. Xocalıda qətl edilən uşaqların sadəcə Azərbaycanın deyil, bütün insaniyyətin övladları olduğunu bildirib. Hər birimizin öncə insan olduğunu və yaradılış qayəmizdə qan tökməyin, pislik etməyin olmadığını vurğulayıb.
