26 fevral 2012 20:07
Cüneyt Biçər: Onlar heç də dünyanın ən güclüləri deyillər
“Xəzər Lənkəran”ın baş məşqçisi Cüneyt Biçər sabah keçiriləcək Azərbaycan və Hindistan yığmaları arasındakı yoxlama matçı öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Əlbəttə, Hindistan dünyanın heç də ən güclü yığmalarından deyil. Azərbaycan millisi bu rəqiblə oynaya bilər. Hazırda Dubayda təlim-məşq toplanışında olan xeyli komanda var. AFFA milli komanda üçün bu qədər rəqib tapmaqla böyük iş görüb. Əlavə oyun təcrübəsi heç kimə mane olmur”.