26 fevral 2012 20:19
“Azərbaycana ehtiyatda oturmaq üçün gəlməmişəm”
“Xəzər Lənkəran”ın hücumçusu Rendal Brenes azerisport.az saytına müsahibəsində Premyer Liqanın 21-ci turunun “Qəbələ” ilə oyunundan, eləcə də çempionatımızdakı rəqabətdən danışıb.
- Yeni klubunuzdakı debütünüz uğursuz alındı...
- Fərqli də ola bilərdi. Çətin oyun alındı. Komandamız birinci hissədə rəqibdən yaxşı görünürdü. Amma fasilədən sonra rəqib bizi üstələdi və sonda istəyinə çatdı.
- Yəqin ki, bu oyundan sonra turnir cədvəlinə baxmağa imkan tapmısız və bilirsiz ki, “Neftçi”ylə “İnter” komandanızdan bir qədər də aralandı...
- Xal fərqinin artması üzücüdü. Bunun baş verməsini istəməzdik. Amma son dəqiqələrdə əks-hücumda iki qol buraxırsansa, başqa nə etmək olar? Artıq olan olub. İndi bunu təkrarlamamaq qalır.
- “Xəzər Lənkəran”ın birinci olacağına inanırsız?
- Xal fərqi elə də böyük deyil. Bunu aradan qaldırmaq olar. Əsas odu ki, komanda öz oyununu sabitləşdirsin. “Xəzər Lənkəran”ın çempionluq mübarizəsi davam edir.
- Xal fərqi elə də böyük deyil. Bunu aradan qaldırmaq olar. Əsas odu ki, komanda öz oyununu sabitləşdirsin. “Xəzər Lənkəran”ın çempionluq mübarizəsi davam edir.
- İlk oyunda sizi ikinci hissədə meydana buraxdılar. Sizi nə vaxt əsas heyətdə görə biləcəyik? Yoxsa indiki durumunuz özünüzü qane edir?
- Əlbəttə, Azərbaycana ehtiyatda oturmaq üçün gəlməmişəm. Əsas heyət oyunçusu olmaq üçün də vaxt lazımdı. Mənə hələ komanda yoldaşlarımı daha da yaxşı tanımaq lazımdı. Zamanla əsas heyətə də düşəcəm.
- Əlbəttə, Azərbaycana ehtiyatda oturmaq üçün gəlməmişəm. Əsas heyət oyunçusu olmaq üçün də vaxt lazımdı. Mənə hələ komanda yoldaşlarımı daha da yaxşı tanımaq lazımdı. Zamanla əsas heyətə də düşəcəm.
- Artıq Azərbaycan çempionatının iki oyununu izləmisiz. Çempionatımızın səviyyəsi sizi qane edir?
- Çempionatın səviyyəsi yaxşıdı. Mən artıq AZAL-la “Qəbələ”nin oyunlarını görmüşəm. Qəbələlilər daha çox xoşuma gəldilər. Baxmayaraq ki, komandamızın daha güclü olduğunu düşünürəm.
- Çempionatın səviyyəsi yaxşıdı. Mən artıq AZAL-la “Qəbələ”nin oyunlarını görmüşəm. Qəbələlilər daha çox xoşuma gəldilər. Baxmayaraq ki, komandamızın daha güclü olduğunu düşünürəm.
- Amma hələ digər klubları görməmisiz...
- Biz bu mövsüm öz gücümüzü göstərəcəyik. İnanın ki, mən pis komandaya keçməzdim.
