26 fevral 2012 20:38
4 klubun baş məçqçisi millinin məşqində (FOTO)
Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təlim-məşq toplanışında olan Azərbaycan milli komandasının bu gün “Municipality Club” stadionunda mətbuat üçün açıq məşqi keçirilib. Azerisport.az xəbər verir ki, sözügedən məşqi Dubaya ezam olunmuş jurnalistlərlə yanaşı AFFA və millimizin baş məşqçisi Berti Foqts tərəfindən bu toplanışa dəvət alan Premyer Liqanın bəzi klublarının çalışdırıcıları da izləyiblər.
Belə ki, “Xəzər Lənkəran”ın baş məşqçisi Cüneyt Biçər, AZAL-dan Rafiq Mirzəyev, "Kəpəz"dən Fuad İsmayılov, “Sumqayıt”ın çalışdırıcısı Bernard Raab da millimizin məşqində iştirak edib. Bu gün üçün millinin düşərgəsinə qoşulan mütəxəssislər hələlik yalnız bu dördüdü.
Sabah isə “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovla “Rəvan”ın çalışdırıcısı Bəhmən Həsənovun Dubaya yola düşəcəyi bildirilir. Adları çəkilən mütəsəssislər sabah baş tutacaq Azərbaycan – Hindistan matçını canlı izləməlidilər.
