26 fevral 2012 21:29
Əfran İsmayılov da Hindistanla oyunda qələbə istəyir
Futbol üzrə Azərbaycan millisinin və “Qarabağ”ın yarımmüdafiəçisi Əfran İsmayılov sabah keçiriləcək Hindistanla yoxlama oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o bunları dilə gətirib:
“Hindistanı məğlub etməliyik. Bu oyunda Sinqapurla görüşdəki səhvləri təkrarlamamalıyıq. Sinqapurlulara zəif rəqib gözüylə baxırdıq. Bunun da cəzasını çəkdik. Bu dəfə belə olmamalıdı”.
