26 fevral 2012 22:17
AFFA Bəhreyn yığma komandasını Bakıya gətirir
Avqustun 15-də, Bakı şəhərində Azərbaycan və Bəhreyn milli komandaları arasında yoldaşlıq oyunu keçiriləcək. Azerisport.az xəbər verir ki, bu barədə AFFA-nın yaydığı rəsmi məlumatda bildirilir.
Xatırladaq ki, bu komandalar arasında 2008-ci il oktyabrın 15-də, Manama şəhərində yoldaşlıq oyunu keçirilmiş və qarşılaşma 2:1 hesabı ilə millimizin xeyrinə başa çatmışdı.
