26 fevral 2012 23:06
Super Liqada Xocalı pankartı (FOTO)
Futbol üzrə Türkiyə Super Liqasında bu gün 20-ci il dönümü qeyd olunan Xocalı soyqırımı anılıb. Azerisport.az xəbər verir ki, dünən keçirilən “Eskişehirspor” – “Fenerbahçe” oyununda azarkeşlər faciə ilə bağlı pankart qaldırıb.
“Es-Es” fanatlarının hazırladığı pankartların üzərinə “Xocalıyı unutmadıq” və “Xocalı soyqırımını unutma, unutdurma” yazılıb. “Eskişəhirspor” azarkeşləri həmçinin Azərbaycan bayraqlarını da qaldırıblar.
