26 fevral 2012 11:28
Rauf Əliyev: Milli meydana həmişə qələbə üçün çıxır
Futbol üzrə Azərbaycan yığmasının hücumçusu Rauf Əliyev azerisport.az saytına müsahibəsində komandamızın Sinqapurla yoxlama matçından (2:2), eləcə də yeni dəvət alan futbolçulardan danışıb.
- Siz sanki dünya çempionatının finalında uduzmuş kimi məyus görünürsüz...
- Əlavə olunmuş dəqiqələrdə qol buraxmaq, qələbəni əldən vermək çox üzücüdü. Rəqibin səviyyəsini də nəzərə almaq lazımdı. Odu ki, həqiqətən sevinəsi heç də yoxdu.
- Hər halda siz yenə yığmanın heyətində fərqlənməyi bacardınız. Millinin 2012-ci ildəki ilk qolunu vurmağınız sizi sevindirmirmi?
- Qolun birinci, ikinci, yaxud sonuncu olmasının elə də ciddi önəmi yoxdu. Əsas odu ki, o, qələbə gətirsin. Yığmanın heyətində qol vurmaq həmişə vacibdi. Təbii ki, çox istərdim bu qol komandamıza qələbə qazandırsın. Vurduğun qol komandana hansısa fayda, uğur qazandıranda daha yaxşı olur.

- Sizcə, bu oyunda komandamızda nə çatışmırdı?
- Bizə hesabı 2:0 etdikdən sonra daha diqqətli oynamaq lazım idi. Amma əksinə oldu. Xeyli sayda adi səhvlərə yol verdik. Bu da oyunumuza və nəticəyə təsirsiz ötüşmədi.
- Bizə hesabı 2:0 etdikdən sonra daha diqqətli oynamaq lazım idi. Amma əksinə oldu. Xeyli sayda adi səhvlərə yol verdik. Bu da oyunumuza və nəticəyə təsirsiz ötüşmədi.
- Bunun əvəzini Hindistan və Fələstinlə oyunlarda çıxa biləcəksiz?
- Bizə bu oyunlarda uğur qazanmaq lazımdı. Başqa heç nədən söhbət də gedə bilməz. Komandamız meydana həmişə qələbə üçün çıxır. Fikrimcə, biz zaman keçdikcə bir-birimizi daha yaxşı başa düşəcəyik.
- Yeni futbolçular barədə nə deyə bilərsiz?
- Onlar müxtəlif cür özlərini göstərə bildilər. Hazırkı mərhələdə onlardan çox şey tələb etmək də düz olmazdı. Gənc futbolçular öncə komandaya uyğunlaşmalıdılar, komanda yoldaşlarıyla ümumi dil tapmalıdılar.

- Berti Foqts oyundan sonra sizə nəsə dedi?
- Xeyr. Oyunun müzakirəsi hələ bundan sonra olacaq.