26 fevral 2012 11:42
Vaqif Cavadovun Barcelona arzusu
Futbol üzrə Azərbaycan millisinin və “Qarabağ”ın futbolçusu Vaqif Cavadov öz arzuları barədə maraqlı açıqlama verib. Azerisport.az xəbər verir ki, Cavadov həm "Qarabağ"dakı durumu, həm də "Twente"yə transferi barədə danışıb.
"Qarabağ"dan sonra hansı klubda oynamaq fikriniz var?" sualının cavabında hücumçu bildirib ki, hazırda öz klubu barədə düşünür: "Sözün düzü, mən indi o barədə fikirləşmirəm. Çünki mənim elə bir dövrümdü ki, ailəmə, indiki vəziyyətimə görə Azərbaycanda, "Qarabağ"da qalmağı düşünürəm. Nə vaxtsa hər hansı bir kluba keçməyimi düşünə bilərəm. Amma indi elə bir fikrim yoxdu".
"Mənim bir arzum olub, o da ki "Twente"yə keçidimlə gerçəkləşdi. Deməzdim ki, o, uğursuz oldu. Bəziləri hesab edirlər ki, uğursuzdu. Amma Hollandiyaya getmək uğursuz sayıla bilməz. Oynamamaq isə başqa səbəblərə görə idi. Təbii ki, gələcəkdə hər hansı bir xarici klubda oynamaq istəyərdim. Bu da baş tuta bilər".
Hücumçu uşaqlıq arzusunun gerçəkləşməsini isə mümkünsüz hesab edir: "Mən uşaqlıqdan "Barcelona"ya azarkeşlik edirəm. Ancaq əlbəttə ki, reallığa qalsa, mənim oraya transferim mümkünsüzdü". (milli.az)
