27 fevral 2012 00:04

Dubayda ikinci sınaq və ya ilin ilk qələbəsi üçün

Məlum olduğu kimi, futbol üzrə Azərbaycanın əsas yığma komandası fevralın 22-dən etibarən Birləşmiş Ərəb Əmirliklərin Dubay şəhərində təlim-məşq toplanışındadı. Azerisport.az xəbər verir ki, komandamız hazırlıq prosesi çərçivəsində bu gün növbəti yoxlama matçına çıxacaq.
 
Berti Foqtsun rəhbərlik etdiyi yığmamızın bu dəfəki rəqibi isə Hindistan seçməsidi. Qeyd edək ki, Hindistan yığması FİFA-nın açıqladığı son reytinq siyahısında millimizdən 47 pillə geri qalır. Belə ki, Azərbaycan 111-ci pillədə qərarlaşdığı halda Hindistan 158-ci yeri tutur. Rəqibin ən yaxşı nəticəsi 1964-cü ildə qeydə alınıb – 48-ci pillə. Son 20 ildə isə Hindistan ən yaxşı nəticəni 1996-cı ilin fevral ayında göstərib. Həmin vaxt onlar 94-cü yeri tutub.
 
Hindistan tarixi ərzində Asiya çempionatında bir dəfə uğur qazanıb. Belə ki, 1964-cü ildə ikinci yeri tutublar.
 
Hindistan tarixi ərzində bir dəfə – 1950-ci ildə Dünya çempionatının finalına vəsiqə qazanıb. Lakin həmin vaxt onlar Braziliyada keçirilən mundiala qatılmaqdan imtina ediblər. 4 il sonrakı turnirə isə FİFA Hindistanı buraxmayıb.
 
Cənubi Asiya Futbol Federasiyasının kubokunda isə Hindistan 6 dəfə çempion olub, iki dəfıə gümüş, bir dəfə bürünc medal qazanıb. Bu turnirdə Şri Lanka, Nepal, Pakistan, Banqladeş, Maldiv, Əfqanıstan, Butan kimi zəif ölkələr çıxış edir.
 
Hindistan millisinin ən çox oyun keçirən futbolçusu Şabbir Əlidi. 1974-1984-cü illərdə çıxış edən futbolçu 110 dəfə milli formanı geyinib. Ona ötən il karyerasını bitirən Bayçunq Butya izləyir – 107 oyun. Yığmanın ən yaxşı bombardiri 1952-1967-ci illərdə milli formanı geyinmiş Pradip Banerjedi – 65 qol.
 
Millimizin rəqibinə Savyo Medeyra başçılıq edir. 2008-2011-ci illərdə yığmada köməkçi-məşqçi işləyən 46 yaşlı mütəxəssis ötən ildən baş məşqçi postunu tutur.
 
Hindistan yığmasının bütün futbolçuları hazırda yerli çempionatda top qovur. Onlardan ikisi – Quramangi Sinq və Adil Xan əvvəllər Portuqaliyanın “Sportinq Goa” klubunda çıxış edib.
 
Azərbaycan yığmasına gəlincə, komandamız 2012-ci ildə ilk dəfədi bir araya gəlib. Hindistanla qarşılaşma 2012-ci ildə ikinci oyunumuz olacaq. Millimiz bundan bir neçə gün öncə Dubay toplanışı çərçivəsində Sinqapurla da üz-üzə gəlmişdi. Həmin görüşdə futbolçularımız 2 top fərqi ilə öndə olduqları halda, son saniyələrdə qələbəni əldən vermişdilər – 2:2.
 
Bu üzdən də millimiz həmin uğursuzluğu Hindistanla oyunda unutdurmalıdı. Berti Foqtsun yetirmələri özündən xeyli zəif rəqibi üzərində qələbə qazanmaqla bu il ilk qələbəsini rəsmiləşdirməlidi. Komandamız fevralın 29-da Fələstin yığmasıyla da qarşılaşacaq. Odu ki, həmin görüş ərəfəsində də qələbə qazanmaq düşərgədəki atmosferi yaxşılaşdıra bilər.
 
Bütövlükdə isə, yığmamız bu gün tarixi ərzində 183-cü matçına çıxacaq. İndiyəqədərki oyunların 30-da qələbə qazanmışıqsa, 45-də də heç-heçə ilə təsəlli tapmışıq.107 qarşılaşmada isə məğlubiyyətlə üzləşmişik. Topların fərqi də millimizin xeyrinə deyil: 124 qol vurduğumuz halda, öz qapımızdan 330 top çıxarmışıq.
 
Onu da qeyd edək ki, baş məşqçi Berti Foqts yığmamızın düşərgəsinə 26 futbolçu dəvət edib. Lakin onlardan biri – Türkiyənin “Sivasspor” klubunda çıxış edən Cihan Özkara komandamızın düşərgəsinə yalnız bu gün qoşulmalıdı. Milliyə dəvət alan oyunçular arasında 3 qapıçı, 8 müdafiəçi, 9 yarımmüdafiəçi və 6 hücumçu yer alıb. Bu futbolçulardan əksəri ilk dəfədi yığmamıza dəvət olunub. Məsələn, Cihan Özkara, Rizvan Umarov, Murad Ağayev və daha bir neçə futbolçu ilk dəfə əsas millimizin sıralarına cəlb olunub. Foqts yığmanın üçüncü qapıçısı Aqil Məmmədova dəvət göndərməyib. Əvəzində “Turan”dan Anar Nəzirov milliyə çağırılıb.
 
“Qəbələ”nin oyunçuları – Vurğun Hüseynov, Arif İsayev, Murad Hüseynov, AZAL-dan Elşən Məmmədov, “Neftçi”dən Ruslan Əmircanov, “Qarabağ”dan Maksim Medvedev, Namiq Yusifov, “Bakı”dan Cəmşid Məhərrəmov və Fabio Luis Ramin toplanışa dəvət almayıb.
 
Yunanıstanın “Panionios” klubunda çıxış edən Araz Abdullayevlə Türkiyənin “Erciyəsspor” klubunda top qovan Amit Quluzadə U-21-ə çağırıldığından əsas millidən kənarda qalıb.
Yığmamıza çağırılan futbolçuların tam siyahısı aşağıdakı kimidi:
 
Qapıçılar: Kamran Ağayev (Xəzər Lənkəran), Andrey Popoviç (Sumqayıt), Anar Nəzirov (Turan);
 
Müdafiəçilər: Bədavi Hüseynov, Hacı Əhmədov (hər ikisi “Sumqayıt”), Rail Məlikov, Ruslan Abışov (hər ikisi “Neftçi”), Elnur Allahverdiyev (Xəzər Lənkəran), Ufuk Budak (Freiburg, Almaniya), Rəşad Sadıqov (Qarabağ), Vladimir Levin (İnter);
 
Yarımmüdafiəçilər: Aleksandr Çertoqanov, Mahir Şükürov (hər ikisi “Qəbələ”), Rəşad Sadiqov, Əfran İsmayılov (hər ikisi “Qarabağ”), Nizami Hacıyev, Arif Daşdəmirov (hər ikisi “İnter”), Rahid Əmirquliyev (Xəzər Lənkəran), Aqil Nəbiyev (AZAL), Murad Ağayev (UGİM 80, Rusiya);
 
Hücumçular: Vüqar Nadirov, Rauf Əliyev (hər ikisi “Qarabağ”), Rizvan Umarov (Deportivo Castelyon, İspaniya), Branimir Subaşiç (Xəzər Lənkəran), Vüqar Əsgərov (Metallurg, Liepaya, Latviya), Cihan Özkara (Sivasspor, Türkiyə).
 
Yoxlama oyunu
27 fevral
 
17:30. Azərbaycan – Hindistan
Hakimlər: Həmad Əlşex, Məhəmməd Əlyalaf, Ömər Süleyman, Sultan Əbd Əlrazaq (hamısı Birləşmiş Ərəb Əmirlikləri).
Dubay. “The Sevens” stadionu.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.