26 fevral 2012 00:08
Təbriz Həsənov Nikolay Adamdan güclü oldu
Ötən gün Şağan Olimpiya İdman Kompleksində 17 və 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmaları arasında yoldaşlıq oyunu keçirilib. Azerisport.az xəbər verir ki, qarşılaşma 2:1 hesabı ilə U-17 yığmamızın xeyrinə başa çatıb.
U-17-nin qollarının müəllifi Təyyar Məmmədov və Mənsur Nəhavəndi olub. U-16-dan isə Elnur Cəfərov fərqlənib. Sonda onu da vurğulayaq ki, U-16-ya almaniyalı mütəxəssis Nikolay Adam, U-17-yə isə Təbriz Həsənov rəhbərlik edir.
