26 fevral 2012 12:15
Yığmamızın Dubaydakı məşqi təxirə salına bilər
Məlum olduğu kimi, futbol üzrə Azərbaycan yığması Birləşmiş Ərəb Əmirliklərində təlim-məşq toplanışındadı. Azerisport.az xəbər verir ki, komandamız ənənəvi olaraq növbəti məşqinə çıxmalıdı.
Lakin bu məşqin keçirilməsi sual altına düşüb. Məsələ burasındadı ki, hazırda Dubay qum hücumuna məruz qalıb güclü külək məşq keçməyə imkan vermir.
Sonda onu da qeyd edək ki, bu günə nəzərdə tutulan məşq mətbuat üçün də açıq olmalıdı.
