26 fevral 2012 00:26

Rizvan Umarov: Osasuna mənimlə həqiqətən maraqlanır

Futbol üzrə Azərbaycan yığmasının hücumçusu Rizvan Umarov azerisport.az saytına müsahibəsində millimizdəki debütündən, Sinqapurla yoxlama matçından (2:2), İspaniya La Liqa təmsilçisi “Osasuna”nın maraq dairəsində olmasından və gələcək planlarından danışıb. 19 yaşlı hücumçu öncə millimizdəki debütünə toxunub:

“Şadam ki, məni yığmanın start heyətində meydana buraxmışdılar. Bu, mənim Azərbaycan millisindəki debüt oyunum idi. Hansı ki, bunu çox gözləmişdim”.
 
Oyuna gəlincə, Umarov bunları dilə gətirib: “Biz bu oyunda qələbə qazanmalıydıq. Rəqibdən güclü idik. Amma ələ düşən imkanlardan lazımınca yararlana bilmədik. Əvəzində onlar qol vurmağı bacardılar və qələbəni əldən verməli olduq”.
 
Millimizin gənc forvardı İspaniyanın üçüncü liqasında çıxış edən “Deportivo Kastelyon”la münasibətlərinə də toxunub: “Mən artıq “Deportivo”nun oyunçusu deyiləm. Klubun futbolçulara ödəyəcək pulu yoxdu. Buna görə də hamı kimi, mən də özümə başqa klub axtarışına çıxmışam. “Deportivo” ilə müqaviləm də qüvvədən düşüb və azad agentəm”.
 
Umarovun sözlərinə görə, hazırda onun xidmətində digər İspaniya klubu, La Liqada çıxış edən “Osasuna” maraqlıdı: “Osasuna” həqiqətən mənimlə maraqlanır. Amma hələ müqavilə bağlamamışıq. Çünki ortada konkret heç nə yoxdu”.
 
Bəzi Azərbaycan klublarının da Umarovla maraqlandığı bildirilsə də, o, heç bir təklif almadığını deyir: “Azərbaycandan mənimlə heç kim maraqlanmayıb, müraciət etməyib. Təklif də yoxdu. Azərbaycanda oynamağa razı olardımmı? Niyə də yox? Hər şey təklifdən, komandanın qarşısındakı hədəflərdən asılıdı”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.