26 fevral 2012 00:53
Amit Erciyessporun qələbəsinə sevindi
Türkiyənin Bank Asya birinci liqasında 23-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, millimizin yarımmüdafiəçisi Amit Quluzadənin çıxış etdiyi “Erciyesspor” da ötən gün növbəti oyununa çıxıb.
Həmyerlimizin komandası səfərdə “Çaykur Rizespor” ilə qarşılaşıb. Qarşılaşma 2:0 hesabıyla qonaq komandanın xeyrinə başa çatıb. Beləcə, Kayseri klubu xallarının sayını 33-ə çatdırıb. Həmyerlimizin komandası hazırda 7-ci pillədə qərarlaşıb.
Son oyunlarda az forma geyən Amit bu dəfə də ehtiyatda qalıb. Baş məşqçi Kemalettin Şentürk Quluzadəyə şans verməyib.
Türkiyə Bank Asya birinci liqası
23-cü tur
25 fevral
Çaykur Rizespor - Erciyesspor – 0:2
Qollar: Emrah Bozkurt, 22, Serkan Çalık, 87.
