27 fevral 2012 01:26
“Bunu gizlətmirəm: biz Sinqapuru zəif rəqib hesab edirdik”
Futbol üzrə Azərbaycan yığmasının yarımmüdafiəçisi Əfran İsmayılov bu gün keçiriləcək Hindistanla yoxlama oyunu öncəsi azerisport.az saytının suallarını cavablandırıb.
- Öncə Sinqapurla oyundan başlayaq. Niyə qələbə qazana bilmədik?
- Düzünü deyim ki, biz o oyunda çox arxayınlaşdıq. Qoy bu, bütün komanda üçün dərs olsun. Bunu gizlətmirəm: biz Sinqapuru zəif rəqib hesab edirdik.
- Bu, qələbəni əldən verməyimizin yeganə səbəbi idi?
- Xeyr. Prinsipcə, başqa səbəblər də tapmaq mümkündü. Bəzi oyunçuların gücünün tükəndiyi hiss olunurdu. Baş məşqçi bunu onunla izah etdi ki, biz hələ toplanışdan sonra mövsümə tam qoşulmamışıq. Axı çempionatda cəmi ikicə tur oynadıq.

- Amma hesab ən azından 2:1 olandan sonra arxayınlığı bir kənara qoymaq olmazdımı?
- Bəli, biz penaltidən qol buraxandan sonra buna borcluyduq. Qələbə hesabını qorumalıydıq. Digər tərəfdən heyətimizdə xeyli gənc futbolçuya şans verilmişdi. Lakin bu, o demək deyil ki, gənclərlə biz heç-heçə etməliydik.

- Bu gün yığmamız Hindistanla üz-üzə gələcək. Onların bizdən öncə Omana 1:5 hesabıyla uduzması yığmamızı həvəsləndirə bilər?
- Hindistanın Omana məğlubiyyəti? Bizim bu darmadağını düşünməyimizə dəyməz. Biz rəqibimizin əvvəlki oyunlarda hansı aqibəti yaşamasından asılı olmayaraq, qələbə qazanmaq istəyirik. Sadəcə, hindlilərə zəif rəqib gözüylə baxmamaq lazımdı. Biz artıq belə bir səhvi Sinqapurla oyunda buraxmışıq. Bu dəfə eyni şeyi təkrarlamamalıyıq.

- Berti Foqts oyundan sonra nə dedi?
- Dedi ki, oyunu son saniyəsinə kimi davam etdirmək lazımdı.

- Bu sözləri konkret olaraq kimin ünvanına səsləndirdi?
- Foqts heç vaxt komandayla danışanda fərdi olaraq kimisə fərqləndirmir. Kollektiv qarşısında danışarkən komanda olaraq buraxdığımız səhvləri vurğulayır. Hindistanla oyunda onun bizdən tələb etdiklərini həyata keçirməliyik.