27 fevral 2012 13:32
“Hindistanla da heç-heçə etməmək üçün ciddi hazırlaşmalıyıq”
Futbol üzrə Azərbaycan yığmasının yarımmüdafiəçisi Aleksandr Çertoqanov Hindistanla yoxlama matçı öncəsi azerisport.az saytının suallarını cavablandırıb.
- Sinqapurla oyunda nə baş verdi ki, qələbəni qoruya bilmədiniz?
- Oyunumuz alınmadı. Hardasa konsentrasiyanı itirdik. Belə komandayla heç-heçə oynadığımıza görə özümüz günahkarıq.

- Yenilər necə təsir bağışladılar?
- Onlar özlərini yaxşı tərəfdən göstərməyə çalışırdılar. Əlbəttə, onlarda hər şeyin yaxşı alındığını demək olmaz. Bu üzdən elə bizim də yaxşı təsir bağışladığımızı demək olmaz. Amma bunu uğursuzluğun əsas səbəbi saymıram. İstənilən halda, bu, bizim yeni ildəki ilk toplanışımız və oyunumuz idi. Çoxdan idi bir araya gəlmirdik.

- Yəni, tez-tez bir araya gəlmək lazımdı?
- Hər bir baş məşqçi istəyir ki, onun komandası daha tez-tez toplaşsın, bir arada olsun, yaxşı hazırlıq keçsin. Hər halda yalnız bunun nəticəsində futbolçular arasında anlaşmanı, xətlər arasında əlaqəni daha da yaxşılaşdırmaq olur. Amma Sinqapurla oyunda biz bu baxımdan çox problemlərlə üzləşdik. Sən ötürməni bir yerə verirsən, komanda yoldaşınsa fərqli istiqamətə qaçır. Belə çatışmazlıqları aradan qaldırmaq üçün də tez-tez oyunlar keçirmək, toplanışlar təşkil etmək lazımdı.

- Fələstin, Hindistan, Sinqapur kimi rəqiblərlə oyunlar bizə lazımdımı?
- Bizim zəif rəqibimiz yoxdu. Razıyam ki, Avropa yığmaları asiyalılardan daha güclüdülər. Amma məhz Sinqapur kimi komandalarla oyunlarda biz ötürmələrlə daha çox oynaya bilirik. Belə oyunlar bizdə özünəinamı da artırır. Baxmayaraq ki, onları yenə bilmədik və buna görə hamı özünü pis hiss edir.

- Bu nəticəni utandırıcı adlandırmaq olar?
- Utandırıcı yox. Amma qeyri-qənaətbəxş saymaq olar. Bu oyundan nəticə çıxarmaq lazımdı. Daha məsuliyyətli olmalıyıq.

- Hindistan barədə nəsə bilirsiz?
- Fikrimcə, oyundan öncə Foqts bizə onlar haqda nələrsə deyəcək.

- Onlar bizdən öncə Omanla qarşılaşıb və 1:5 hesabıyla uduzublar...
- Onda bizə həqiqətən ciddi hazırlaşmaq lazımdı ki, yenə heç-heçə oynamayaq (gülür).