27 fevral 2012 14:21
Rodriqinyo məşqlərə başladı (FOTOLAR)
"Neftçi"nin braziliyalı futbolçusu Rodriqinyo müalicəsini davam etdirir. Azerisport.az xəbər verir ki, fizioyerapiya kursu keçən futbolçu fitnes zalında məşqlərə başlayıb:
"Tez bir zamanda zədəmi sağaldıb komandama kömək etmək istəyirəm. Həkimlərin nəzarəti altında məşqlərə başlamışam. Hələlik yüngül fiziki hərəkətlərlə kifayətlənirik. Meydana çıxmaq üçün alışıb-yanıram" - deyə Rodriqinyo bildirib. (klubun saytı)
