27 fevral 2012 14:32
Türkiyə mətbuatı Cihanı komandasının ən yaxşılarından biri seçdi
Türkiyə mətbuatı futbol üzrə gənclərdən ibarət Azərbaycan yığmasının hücumçusu Cihan Özkaranın Super Liqanın son turundakı çıxışını qiymətləndirib. Azerisport.az xəbər verir ki, “Sivasspor”da çıxış edən millimizin üzvü “Genclerbirliği” ilə oyunun iştirakçısı olub.
Qarşılaşmaya start heyətində başlayan və 77-ci dəqiqədə əvəzlənən Cihan bu dəfə ciddi heç bir şeylə yadda qala bilməyib. Komandasının meydandan 1 xalla ayrıldığı oyunda yığmamızın forvardı 5 bala layiq görülüb.
Sivasspor: Seneçki - 4, Uğur - 4, Navratil - 6, Raynox - 3, Ziya - 3, Cihan Özkara - 5 (Murat, 77) - 3, Kıvanç - 4 (Tomas, 67) - 3, Kadir - 4, Mehmet Nas - 5, Qrosiçki - 6 (Kağan, 89) – qiymətsiz, Pedriel – 7.
