27 fevral 2012 14:52
Neftçi Mpenzadan FİFA-ya şikayət etdi
“Neftçi” FİFA-ya şikayət məktubu ünvanlayıb. Azerisport.az xəbər verir ki, müraciətdə komandanın belçikalı hücumçusu Emil Mpenzadan şikayət olunub.
Məsələ burasındadı ki, futbolçu uzun müddəti komandanın sıralarını tərk edib və düşərgəyə qayıtmayıb. Belçikalı oyunçu klubla da əlaqə saxlamır.
Qeyd edək ki, “Neftçi” hələ qış fasiləsi ərəfəsində Mpenzaya özünə başqa iş yeri axtarmaq fürsəti yaratmışdı. Lakin o, nə özünə klub tapıb, nə də “Neftçi”yə qayıdıb. FİFA-ya ünvanlanan məktubda da futbolçunun son dövrlərdəki özbaşınalığı və klubunu pis vəziyyətdə qoymasından bəhs olunub.
