27 fevral 2012 19:30
İlin ilk qələbəsi Hindistan üzərində qeydə alındı (YENİLƏNİB)
Futbol üzrə Azərbaycanın əsas yığma komandası fevralın 22-dən etibarən startı verilən Birləşmiş Ərəb Əmirliklərin Dubay şəhərindəki təlim-məşq toplanışı çərçivəsində bu gün ikinci yoxlama matçına çıxıb. Azerisport.az xəbər verir ki, Berti Foqtsun rəhbərlik etdiyi yığmamızın bu dəfəki rəqibi Hindistan idi.
Xatırladaq ki, komandamız bundan əvvəlki matçında Sinqapurla üz-üzə gəlmişdi. Lakin futbolçularımız 2 top fərqi ilə öndə olduqları görüşü heç-heçə başa vurmalı olmuşdular – 2:2. Bu dəfə isə yığmamız 2012-ci ildə ilk qələbəmizi rəsmiləşdirmək istəyirdilər.
Komandamız bu istəyinə nail olub. Özü də ilk qələbə darmadağınla əldə olunub. Yığmamız növbəti matçını fevralın 29-da Fələstinə qarşı keçirəcək.
Yoxlama oyunu
27 fevral
Azərbaycan – Hindistan - 3:0 (2:0)
Qollar: V.Nadirov, 3 (1:0), M.Şükürov, 43-pen (2:0), N.Hacıyev, 84 (3:0)
Hakimlər: Həmad Əlşex, Məhəmməd Əlyalaf, Ömər Süleyman, Sultan Əbd Əlrazaq (hamısı Birləşmiş Ərəb Əmirlikləri).
Dubay. “The Sevens” stadionu.
AZƏRBAYCAN: 1. Kamran Ağayev, 2. Rail Məlikov, 3. Aqil Nəbiyev, 4. Mahir Şükürov, 6. Rəşad Sadiqov, 11. Rauf Əliyev, 13. Hacı Əhmədov, 14. Rəşad Sadıqov (k), 15. Ruslan Abışov, 17. Vüqar Nadirov, 26. Vüqar Əsgərov.
Ehtiyat oyunçular: 12. Anar Nəzirov, 9. Bədavi Hüseynov, 16. Arif Daşdəmirov, 18. Rizvan Umarov, 19. Rahid Əmirquliyev, 22. Əfran İsmayılov, 24. Nizamı Hacıyev, 25. Murad Ağayev.
Baş məşqçi: Berti Foqts.
HİNDİSTAN: 25. Subhasiş Roy Çaduri, 22. Quramanqi Sinqh (k), 19. Syed Rahim Nabi, 3. Racu Eknat Qaikvad, 27. Quryinder Sinqh, 32. Reysanqmi Vaşum, 45. Maniş Maythani, 17. Adil Ahmed Xan, 26. Fransisko Fernandes, 18. Çonqtham Suşilkumar Sinqh, 9. Yoahim Santan Abranses.
Oyun başladı
1. İlk hücum komandamızdan gəlsə də, uğurlu alınmır
3. Rəqib qapıçının kobud səhvindən yararlanan Vüqar Nadirov hesabı açır - 1:0
5. Komandamız qoldan sonra da rəqibin müdafiədən çıxmasına imkan vermir
5. Nadirovun daha bir zərbəsi bu dəfə qapıçıda qalır
10. Hazırda tərəflər daha çox meydanın mərkəzində mübarizə aparırlar
11. R.Əliyevin qapıya zərbəsini qapıçı tutur
13. Rəqib qapıçı komandamızın ikinci qolu vurmasına son anda mane olur
14. Korner zamanı yenə qapıçı komandasını təhlükədən xilas edir
15. Hindistan yığması demək olar ki, heç bir hücum təşkil edə bilmir
17. V.Nadirovun qapıya zərbəsini qapıçı tutur
22. R.Əliyev M.Şükürovun əla ötürməsini qapıya göndərə bilmir
26. Hindistanın ilk hücumu zamanı R.Sadıqov təhlükəni sovuşdurur
30. Rəqib nisbətən fəallığı artırsa da, komandamız yenə oyuna nəzarəti əldə saxlayır
38. Yığmamız kornerdən fərqlənmək istəsələr də, Mahirin ötürməsini qapıya zərbəylə tamamlayan olmur
41. Mahir komandamızın çox əla hücumunu qolla tamamlamağa borclu olsa da, yaxın məsafədən topu düz qapıçının üstünə vurur
42. Mahir əks-hücum zamanı cərimə meydançasında kobudluğa məruz qalır və komandamız penalti vurmaq imkanı qazanır
43. Şükürov nöqtəyə özü yaxınlaşır və hesab arasındakı fərqi artırır - 2:0
45. Mahirin cərimə meydançasına ötürmə cəhdi alınmır
45. İlk yarıya 1 dəqiqə əlavə olunur
45+1. R.Abışovun cərimə zərbəsi qapıdan aralı keçir
Birinci hissə başa çatdı
İkinci hissə başladı
Fasilədən sonra da oyuna nəzarət futbolçularımızın əlindədi
50. Hindistan yığmasının üzvü qapımıza doğru qeyri-dəqiq zərbə endirir
50. Rəqib də xeyli fəallıq nümayiş etdirir
51. Kamran Ağayev təkbətək zamanı komandamızı real qoldan xilas edir
52. Kamran yenə təhlükəli zərbə zamanı topu kornerə çıxarmaqla diqqət mərkəzinə düşür
52. Hindistanlılar korner vuruşu zamanı istəklərinə çata bilmirlər
56. Mahirin əvəzində meydana Əfran İsmayılov çıxır
59. Raufun əla ötürməsini R.Sadiqov qapıya göndərə bilmir
65. Hindistanlılar təhlükəli nöqtədən qapımıza cərimə zərbəsi yerinə yetirsələr də, top canlı səddən kornerə çıxır
66. Korner zamanı Kamran yaxşı oynayır
68. V.Əsgərovu Nizami Hacıyev əvəzləyir
75. Oyun artıq xeyli sakit məcrada getməyə başlayıb. Qapılar qarşısında elə də ciddi təhlükə yoxdu
77. Futbolçularımızın iki ardıcıl korneri uğursuz alınır
81. Rail Məlikovu Arif Daşdəmirov əvəzləyir
83. N.Hacıyevin zərbəsi qapıdan aralı keçir
84. Əfranın ideal ötürməsini Nizami dəqiq zərbə ilə hesabı darmadağın həddinə çatır - 3:0
85. Kamran rəqibin qüvvətli zərbəsini dəf edir
88. R.Abışovu Bədavi Hüseynov əvəzləyir
89. H.Əhmədov topla irəliləyərək qapıya azacıq qeyri-dəqiq zərbə endirir
90. Matçın əsas vaxtına 2 dəqiqə əlavə olunur
Matç başa çatdı
