27 fevral 2012 15:26
Millimizin Rusiya ilə cavab matçının vaxtı açıqlandı
Futzal üzrə dünya çempionatının final mərhələsinə vəsiqə uğrunda Azərbaycan milli komandasının Rusiya yığması ilə səfərdə keçirəcəyi play-off oyununun vaxtı müəyyənləşib. Azerisport.az xəbər verir ki, Rusiya – Azərbaycan qarşılaşması aprelin 9-da, saat 21:00-da, Tümen şəhərindəki Mərkəzi İdman Kompleksində keçiriləcək.
Xatırladaq ki, bu komandalar play-off mərhələsinin ilk oyununda martın 27-də Bakıda qarşılaşacaqlar.
