27 fevral 2012 16:06
TFF-nin yeni prezidenti məlum oldu
Türkiyə Futbol Federasiyasının (TFF) yeni prezidenti məlum olub. Azerisport.az xəbər verir ki, bu vəzifəyə “Beşiktaş” klubunun prezidenti Yıldırım Dəmirörən seçilib.
Fevralın 27-də keçirilmiş TFF-nin növbədənkənar hesabat-seçki konqresində Dəmirörən 229 seçicidən 221-inin səsini qazanıb. Nəticədə o, TFF-nin 41-ci prezidenti kimi tarixə düşüb.
