27 fevral 2012 16:58
Azərbaycan Hindistana qalib gələcək
Azerisport.az daha bir sorğusuna yekun vurub. “Sizcə, Azərbaycanla Hindistan arasındakı yoldaşlıq oyunu necə başa çatacaq” sualı ilə müraciət ediyimiz azarkeşlərin yekun rəyi ilə siz də tanış olun.
Beləliklə, azarkeşlərin böyük əksəriyyəti bu oyunda yığmamızın qələbə qazanacağını düşünür. Belə ki, respondentlərin 60 faizi məhz yığmamız qalib gələcəyini düşünür.
Hindistan qələbə qazanacağını düşünənlər 33 faiz təşkil edirlər. Yerdə qalan 7 faiz isə bu görüşdə heç-heçə olacağı qənaətindədi.
