27 fevral 2012 17:12
Vaqif Sadıqov: Millinin yoxlama matçlarında nəticə də önəmlidi
Vaqif Sadıqov bu gün keçiriləcək Azərbaycan və Hindistan yığmaları arasındakı sınaq matçı öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Sinqapurla oyundan sonra yığmanın ünvanına çoxlu tənqidlər səslənməkdədi. Aydın məsələdi ki, Berti Foqts bu toplanışda yeni futbolçuları sınamaq məqsədi güdür. Amma nəticə də vacibdi. Futbolçularımız Hindistanla qarşılaşmada baxımlı oyun göstərməyə və qələbə qazanmağa borcludular. Qələbədən başqa nəticə haqda düşünə də bilmirəm”.
