27 fevral 2012 17:54
Sergey Yuran Simurq ilə yollarını ayırmayacaq
Rusiyalı mütəxəssis Sergey Yuran “Simurq”dakı fəaliyyətini davam etdirəcək. Azerisport.az xəbər verir ki, bu barədə Zaqatala klubunun rəhbərliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, bu gün bəzi mətbuat orqanlarında Sergey Yuranın “Simurq”dan istefa verməsinə dair xəbərlər yayılıb. Bu xəbərlər “Simurq”un ilk altılığa düşə bilməməsi ilə izah olnur. Lakin klub rəhbərliyi rəsmən bəyan edib ki, Yuran müqaviləsinin müddəti başa çatana kimi, komandada qalacaq.
Rusiyalı mütəxəssis isə hazırda Zaqataladadı və komandasını növbəti turun “Kəpəz”lə oyununa hazırlaşdırır.
