27 fevral 2012 18:37
İnterin saytı erməni hakerlərin hücumuna məruz qaldı
Dünən gecə saatlarında “İnter” PİK-in rəsmi saytı erməni “hakerlərinin” hücumuna məruz qalıb. Azerisport.az xəbər verir ki, bu barədə paytaxt klubundan məlumat verilib.
Hakerlər “İnter”in saytının ana səhifəsinə Azərbaycana qarşı videocarx yerləşdiriblər. Lakin sayt əməkdaşlarının vaxtında etdikləri müdaxilə sayəsində “inter.az”ın fəaliyyəti bərpa olunub. Saytın təhlükəsizliyinin möhkəmləndirilməsi istiqamətində tədbirlər görülüb və hazırda normal işləyir.
