27 fevral 2012 19:01
İnterdən İnterə üç cavabsız qol
Bu gün "Şəfa" stadionun əsas meydançasında "İnter" ikitərəfli oyun keçirib. Azerisport.az xəbər verir ki, “bankirlər”in iki heyəti üz-üzə gəlib.
Birinci komanda əsas heyətin üzvlərindən təşkil olunubsa, ikinci komandada əsasən ehtiyat komandanın üzvləri və əvəzedicilərdə çıxış edən futbolçular forma geyiniblər.
Matç "İnter"in əsas heyətinin xeyrinə başa çatıb - 3:0. Qolların müəllifləri Bronislav Çervenka, Samir Zərgərov və Baçana Tsxadadze olub.
