27 fevral 2012 19:12

“Bizdə meydana kimin çıxmasının önəmi yoxdu”

“Qarabağ” qış fasiləsində sonra çempionata əla start verdi. Azerisport.az xəbər verir ki, “Bakı” və “Kəpəz”lə oyunlarda ardıcıl 2 qələbə qazanan komanda 4-cü pillədə möhkəmləndi.
 
Komanda hər iki oyunda hücum futbolu nümayiş etdirməklə futbolsevərləri sevindirdi. “Qarabağ”ın ön xəttində çıxış edən Bəxtiyar Soltanov da hər 2 oyunda start heyətində meydana çıxıb, xoş oyunla diqqəti cəlb etdi. 22 yaşlı forvard klubun saytına həm “Qarabağ”ın, həm də öz çıxışını dəyərləndirib:
 
“Qış fasiləsində yaxşı hazırlaşmışdıq. Keçirilən təlim-məşq toplanışı zamanı güclü rəqiblərlə oynamışdıq. Özümüzə inam yaranmışdı. “Bakı”yla ilk oyunda çoxları hesabın gözlənilməz olduğunu söyləyirlər. Amma biz öz oyunumuzu tapanda, meydan da yaxşı olsa belə qələbələr qazanmağımız çətin deyil. Hesab daha da böyük ola bilərdi. Amma əsas odu ki, hər kəs oynadığımız futboldan zövq ala bildi. Hər halda olduqca güclü komandaya qarşı oynayırdıq. Biz onları zəif olduqları üçün deyil yaxşı oynadığımız üçün belə uda bildik. “Kəpəz”lə oyun daha çətin keçdi. Çünki, 2-ci top heç cür qapıdan keçmirdi, üstəlik, gəncəlilər sona qədər döyüşdü. Əsas odu ki, 3 xalı qazana bildik. Bizdə meydana kimin çıxmasının önəmi yoxdu. Əlbəttə, hamı ilk “11-lik”də  olmaq istəyir. Amma komanda üçün ən yaxşısını baş məşqçi bilir. Qurban müəllim mənə şans verəndə əlimdən gələnin ən yaxşısını etməyə çalışıram. Qurban müəllim hamıdan maksimum yararlanmaq istəyir. Vaqifin gəlişiylə rəqabət güclənib. Amma bu bizim xeyrimizədi. Yenidən milliyə dəvət almağım məndən asılı deyil. Təbii ki, hamı əsas komandanın formasını geyinmək istəyir. Qarşıdan 2 ev oyunu gəlir. Çalışmalıyıq ki, AZAL və “Simurq”la oyunlardan 6 xal götürək. Belə də medallar uğrunda mübarizə qoşula bilərik. Amma son 2 oyunumuz heç də asan olmayacaq. Altılıqdan danışmaq hələ tezdi. Orda hər oyun 6 xal dəyərindədi”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.