27 fevral 2012 19:23
Daha bir baş məşqçi Dubaya getməyə razılaşdı
"İnter"in baş məşqçisi Kaxaber Tsxadadze də Birləşmiş Ərəb Əmirliklərinə yola düşəcək. Azerisport.az xəbər verir ki, bu gün gürcüstanlı mütəxəssisin də Azərbaycan yığmasının təlim-məşq toplanışına qatılmaq məqsədi ilə Dubaya yollanacağı məlum olub.
Belə ki, sabah Tsxadadze Dubaya yola düşəçək. O, fevralın 29-da Bakıya qayıdacaq.
Qeyd edək ki, K.Tsxadadzenin Dubayda olduğu müddətdə milli komandanın məşqlərini və Fələstin yığmasına qarşı keçiriləcək yoxlama oyununu izləməsi planlaşdırılır.
