27 fevral 2012 19:28
Azərbaycan yığması İrandan 6 qol buraxdı
Bu gün Şağan Olimpiya İdman Kompleksində 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması 1996-97-ci il təvəllüdlü futbolçulardan təşkil olunmuş İran yığması ilə yoldaşlıq oyunu keçirib. Azerisport.az xəbər verir ki, qarşılaşma 6:3 hesabı ilə iranlı futbolçuların xeyrinə yekunlaşıb.
Yığmamızın heyətində Şahban Cəbrayılov dubl edib. Bir dəfə isə Elnur Cəfərov fərqlənib.
