27 fevral 2012 19:42
PFL prezidenti də Dubaya getdi (FOTO)
Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev Dubaya yollanıb. Azerisport.az xəbər verir ki, o, hazırda Birləşmiş Ərəb Əmirliklərində toplanışda olan millinin düşərgəsindədi.
Musayev bu gün keçirilən Azərbaycan – Hindistan oyununu canlı izləyib. PFL prezidenti tribunada AFFA-nın baş katibi Elxan Məmmədovla yanaşı oturub.
Həmçinin “Sumqayıt”ın prezidenti Kamran Quliyev də hazıda Dubaydadı. Klub rəhbəri də yığmanın oyununa canlı baxıb.
