27 fevral 2012 19:49
Berti Foqts millinin 5 üzvünü cəzalandırdı
Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts komandamızın 5 futbolçusunu cəzalandırıb. Azerisport.az xəbər verir ki, almaniyalı mütəxəssisin cəzalandırdığı futbolçular yığmanın milliləşdirilmiş əcnəbiləridi: Vladimir Levin (“İnter”), Branimir Subaşiç (“Xəzər Lənkəran”), Ufuk Budak (“Freiburg”), Aleksandr Çertoqanov (“Qəbələ”) və Andrey Popoviç (“Sumqayıt”).
Foqts onların adını bu gün keçirilən Hindistanla yoldaşlıq oyununun iştirak ərizəsinə də daxil etməyib. Buna sözügedən futbolçuların daxili nizam-intizamı pozması səbəb olub. Belə ki, Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində əllərində siqaret və içki olan şəkilləri yayımlanan futbolçular yığmadan kənarda qalıblar.
