27 fevral 2012 19:54
Vüqar Nadirov: Foqts oyundan öncə mənə dedi ki...
Futbol üzrə Azərbaycan yığmasının və “Qarabağ”ın hücumçusu Vüqar Nadirov bu gün Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən Hindistanla yoxlama matçından sonra fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, komandamızın ilk qolunun müəllifi olan futbolçu 3:0 hesablı qələbə ilə bağlı bunları dilə gətirib:
“Sinqapurla birinci oyunda biz arxayınlaşdıq. Ona görə də qələbə hesabını qoruya bilmədik. Amma bu oyunda tez qol vurmaqla istəyimizə çatdıqdan sonra, yenə davamını gətirmək haqda düşünürdük. Qol vurduqca, yenə vurmaq istəyirdik. Nəticədə də qələbə qazana bildik. Berti Foqts oyundan öncə bildirdi ki, Avstriyaya, Türkiyəyə qarşı necə mübarizə aparmışdınsa, bu dəfə də elə oyna. Mən də əlimdən gələni etdim ki, onun ümidlərini doğruldum, komandaya faydalı olum. Yeni futbolçulara gəlincə, onlar gələcəyi hələ qarşıdadı. Hər halda çalışacaqlar ki, daha yaxşı oyun sərgiləyərək, Azərbaycan xalqını sevindirsinlər”.