27 fevral 2012 20:15
Kamran Ağayev: Daha yaxşı oynamaq lazımdı
Futbol üzrə Azərbaycan yığmasının və “Xəzər Lənkəran”ın qapıçısı Kamran Ağayev bu gün Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən Hindistanla yoxlama matçından sonra fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, komandamızın 3:0 hesablı qələbə ilə bağlı bunları dilə gətirib:
“Bu gün biz Sinqapurla yoxlama matçı ilə müqayisədə daha yaxşı oynadıq. Deməzdim ki, Hindistan millisi sinqapurlularla müqayisədə zəif rəqib idi. İstənilən halda bizə daha yaxşı oynamaq lazımdı”.
