27 fevral 2012 20:22
Berti Foqts: Bizə sakitləşmək olmaz
Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts bu gün Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən Hindistanla yoxlama matçından sonra fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, komandamızın 3:0 hesablı qələbə ilə bağlı bunları dilə gətirib:
“Bu gün bütün komanda yaxşı oynadı. Təki belə qələbələrimiz çox olsun. 3 qol vursaq da, daha çox fərqlənə bilərdik. Ancaq çoxlu qol imkanlarından yararlana bilmədik. Mən istəyirəm ki, komandam daha rəvan oyun nümayiş etdirsin. Bizə sakitləşmək olmaz. İki qol vurduqsa, üçüncünü, dördüncünü vurmaq haqda düşünməliyik. Hücumda daha yaxşı oynamalıyıq. Güclü rəqiblərlə oyunlarda az səhv etməliyik. Çünki güclü rəqiblər səhvləri bağışlamır. Çox istəyirəm ki, komanda bütün beynəlxalq səviyyəli oyunlarda eyni səviyyədə çıxış etsin”.
