27 fevral 2012 21:06
Rəşad Sadıqov: Daha çox Hacı Əhmədovun oyunu xoşuma gəldi
Futbol üzrə Azərbaycan yığmasının və “Qarabağ”ın lideri Rəşad Sadıqov bu gün Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən Hindistanla yoxlama matçından sonra fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, komandamızın 3:0 hesablı qələbə ilə bağlı bunları dilə gətirib:
“Bu gün biz daha yaxşı oynadıq, nəinki Sinqapurla görüşdə. Daha çox hərəkət etdik, daha çox qaçdıq. Komandamızın üzvləri bir-birini daha yaxşı başa düşürdü. Daha çox Hacı Əhmədovun oyunu xoşuma gəldi”.
